Qarabağ Dirçəliş Fondu 585 min manatlıq sifariş verdi


  • 28 Noyabr 2023 16:34

"Qarabağ Dirçəliş Fondu" Publik Hüquqi Şəxsinin işğaldan azad edilmiş ərazilərdə (Füzuli rayonu) yerləşən sahənin tikili qalıqlarından, təbii, məişət, inşaat və digər tullantılardan təmizlənməsi, onların daşınması və ərazinin hasara alınması işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Ramco" QSC olub.

Məlumata görə, qalib şirkətə 584.500,5 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər