Məzmuna keç

Dövlət Vergi Xidməti 512 min manatlıq sifariş verdi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "İmza Tekstil" MMC olub.

Məlumata görə, qalib şirkətə 512.154,46 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə