Məzmuna keç

HHM bölmələrində döyüş atışları icra olundu –

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.