Məzmuna keç

İstanbulda İŞİD-ə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq zamanı İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərən 8 şübhəli müəyyən edilib.

Prokurorluğun təlimatı ilə hərəkətə keçən polis əməkdaşları 8 şübhəlini yaxalayıb.

Şəbnəm Mehdizadə