Azərbaycan və Ermənistan əlavə etimad quruculuğu tədbirləri üçün müzakirələri davam etdirəcək


  • 7 Dekabr 2023 21:30

Azərbaycan və Ermənistan əlavə etimad quruculuğu tədbirləri üçün müzakirələri davam etdirəcək.

E-huquq.az xəbər verir kİ, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar", - deyə qeyd olunub.

Oxşar xəbərlər