MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqlədi


  • 8 Dekabr 2023 16:32

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.

E-huquq.az xəbər verir ki, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.

Sonra MSK üzvləri Təqvim planını təsdiqləyib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Oxşar xəbərlər