Bu gün Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək


  • 10 Dekabr 2023 09:28

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

E-huquq.az xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Milli Məclisin sədri Sahibə Qafarova digər rəsmi şəxslərlə görüşəcək.

Eyni zamanda ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər dekabrın 12-də başa çatacaq.

Oxşar xəbərlər