Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyinatından danışıb.
E-huquq.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında azad olunan ərazilərdəki məscidlərin, dini abidələrin bərpa olunduğunu söyləyib.
M.Qurbanlı vurğulayıb ki, Heydər Əliyev Fondu bu istiqamətdə geniş işlər görür: “Bu yaxınlarda Şuşanın Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib. Digər məscidlərdə də təmir işləri başa çatdıqdan sonra müvafiq qurumların müraciəti əsasında müsahibədən keçmək şərtilə din xadimlərinin təyinatı həyata keçiriləcək”.
