Məzmuna keç

Yardımlıda “Səyyar qəbul otağı” quruldu –

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Yardımlı rayonunda təşkil olunub.

E-huquq.az xəbər verir ki, rayonun Nisəqala kəndində təşkil olunan "Səyyar qəbul otağı"na 40-a yaxın vətəndaş təşrif buyursa da, cəmi 4 nəfər mikrofon önünə çıxıb.

Ünvanlanan 4 müraciətin 3-ü Nisəqala 1-i isə qonşu Dəryavar kənd sakinlərinin probleminə aid olub.

Daha dəqiq desək, hər iki kəndin sakinləri Nisəqala ilə Dəryavarın təbii qazla təmin edilməsini xahiş edib.

Lənkərən RQİİ-nin rəhbər şəxsləri məsələ ilə bağlı qeydiyyatlarını aparıblar.