Məzmuna keç

Rusiyadan Azərbaycana qanunsuz yolla telefon gətirilməsinin qarşısı alındı

Rusiyadan Azərbaycana qanunsuz yolla telefon gətirilməsinin qarşısı alındı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalıavtomobilə gömrük baxışı keçirilib.

E-huquq.az xəbər verir ki, yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön oturacaqlarının altındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən 7 ədəd üzərində "İphone 11 Pro Midnight Green 64 GB" yazılan və 4 ədəd üzərində "İphone 11 Pro Midnight Green 256 GB" yazılan mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.