Azərbaycan Respublikası Hesablama Palatasının qurum üçün bir ədəd xidməti minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Dream Auto" MMC olub.
Məlumata görə, qalib şirkətə 94.000 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
