Türkiyənin Afyonkarahisar şəhərində bir ailənin dörd üzvü evdə güllələnərək öldürülüb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çayırbağ mahalının Uğur Məhəlləsində bir evdən silah səsləri eşidilib.
Hadisə yerinə jandarma və təcili yardım qrupları göndərilib.
İlkin araşdırmalar zamanı onların ov tüfəngi ilə öldürüldüyü müəyyən edilib.
Hadisəni törədən şəxsin həyat yoldaşı ilə boşanma mərhələsində olduğu bəlli olub. Cütlüyün 2019-cu ildə bir televiziya proqramına qatıldığı və uşaqların qəyyumluğu ilə bağlı razılığa gələ bilmədiyi müəyyən edilib. O həyat yoldaşını, onun ata, ana və nənəsini tüfənglə öldürüb.
Həmin şəxs jandarma əməkdaşları tərəfindən gizləndiyi yerdə saxlanılıb.
Şəbnəm Mehdizadə
