Məzmuna keç

Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı

Növbədənkənar prezident seçkiləri ilə bağlı azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla təxminən 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.