Məzmuna keç

Kamran Əliyev: “Prokurorluq işçilərinin 66,3 faizi BDU-nun Hüquq fakültəsinin məzunudur”

"Əvvəllər Azərbaycanda hüquqşünas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi"

E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, hazırda bir neçə ali məktəbdə Hüquq fakültələri var: “Hazırda prokurorluq orqanlarında 1 244 prokurorluq işçisindən 825 nəfəri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərinin 66,3 faizini təşkil edir. Baş prokurorun üç müavini də bu universitetin məzunudur. 2002-2023-cü illər ərzində prokurorluğa test üsulu ilə imtahanlar həyata keçirilib. 25 müsabiqə üzrə müvəffəqiyyət qazanmış 700 nəfərin 56,3 faizi bu universitetin məzunudur. Hazırda 260 tələbə ictimai köməkçi vəzifəsində fəaliyyət göstərir”.