Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısını doğum günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, H.Hacıyev bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən doğum günü münasibətilə təbrik edirik!”, – H.Hacıyev sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur.
