Məzmuna keç

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Məlumata görə, ötən həftə – 18-24 dekabr tarixlərində 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 487.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.