Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıb
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"E-huquq.az"ın məlumatına görə, avronun məzənnəsi 0,28% artaraq 1,9020 manat, Rusiya rublunun məzənnəsi isə 0,76% artaraq 0,0264 manat təşkil edib.
1 ABŞ dolları – 1.7000
1 Avro – 1.9020
1 Rusiya rublu – 0.0264

