Məzmuna keç

Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi təsdiqlənib – SİYAHI

Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi təsdiqlənib - SİYAHI

Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi təsdiqlənib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyi aşağıdakı tərkibdə təsdiq edilib:

Billurə Hacızadə – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər);

Nigar Hacıyeva – İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (üzv);

Həcər Hacıyeva – İnformasiya şöbəsinin Vətəndaşların müraciətlərinə baxılması sektorunun aparıcı məsləhətçisi (üzv).

Əmrin icrasına nəzarət Apellyasiya Şurasının sədri, nazir müavini Firudin Qurbanova həvalə edilib.