Məzmuna keç

Putin Həsən Mirzəyevi təltif edib

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyev "Dostluq" ordeni ilə təltif olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fərman imzalayıb.

Fərmana əsasən, Rusiya Federasiyasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi Həsən Mirzəyev qanunçuluğun möhkəmləndirilməsində, vətəndaşların hüquq və mənafelərinin müdafiəsində xidmətlərinə və uzun illər vicdanlı fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif olunub.