Məzmuna keç

Dövlət Xidməti Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi məsələsinə münasibət bildirdi

"Bu gün Laçında həlak olan hərbi qulluqçular – Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək".

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən e-huquq.az-a məlumat verilib.

Xatırladaq ki, bu gün Laçın rayonunda 2 hərbi qulluqçumuz yol qəzasında həlak olub.