Məzmuna keç

Məzahir Pənahov: “Prezidentliyə namizədliyin qeydə alınması üçün 7 nəfər sənədləri təqdim edib”

Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlərin sayı 17 nəfərdir.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Məzahir Pənahov deyib ki, namizədliyinin irəli sürülməsi təsdiqlənmiş 17 nəfərdən 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib: “3 nəfərin artıq namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq”.