Məzmuna keç

Hüquq və İnsan Haqları İnstitutu vakansiya elan etdi

“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsi sənədlərlə iş şöbəsinə kitabxanaçı vəzifəsinə vakansiya elan edib.

E-huquq.az xəbər verir ki, kitabxanaçılıq və informasiya fəaliyyəti və ya kitabşünaslıq ixtisası üzrə ali təhsil almış və ixtisas üzrə 2 ildən az olmayan əmək stajına malik şəxslər müraciət edə bilərlər.

Namizədlərdən MS Office proqramlarından və internetdən istifadə bacarıqları tələb olunur.

Maraqlanan namizədlər əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd etməklə 18 yanvar 2024-cü il (saat 15:00-dək) tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.