SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Oğuz rayonunda baş tutub.
E-huquq.az xəbər verir ki, aksiyada ümumilikdə 7 müraciət ünvanlanıb.
Mikrofon önünə çıxan sakinlərdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.
Fərdi yaşayış evlərindən başqa Gənclik massivi ilə rayonun Mollalı kəndinin də mavi yanacaqla təmin edilməsini istəyənlər olub.
Qalan 2 müraciətdə isə küçə qaz xəttinin çəkilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Zaqatala RQİİ-nin rəhbər şəxsləri bildiriblər ki, ünvanlanan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək.
