Azərbaycanda casusluqda şübhəli bilinərək həbs edilən fransalı Martin Rayanın atası əslində oğlunun casusluqla məşğul olduğunu təsdiqləyib.
E-huquq.az xəbər verir ki, AFP xəbər agentliyinə müsahibəsində Martinin atası Riçard bildirib ki, oğlu ilə telefon danışığı zamanı Martin onun işi ilə Fransa və Azərbaycan arasında diplomatik gərginlik arasında əlaqə olduğunu qeyd edib.
"O, bir gün mənə dedi ki, "Onlar məndən piyada kimi istifadə etmək istəyirdilər" deyə Riçard Rayan izah etdi və oğlunun "mühacirətdə olan iki diplomata eyham vuraraq, onlardan qurtula biləcəklərini düşündüyünü" qeyd etmişdir.
Sual yaranır: casusluğa görə ölkədən qovulan və diplomatik toxunulmazlığı olan Fransa kəşfiyyatçıları Martin Rayandan necə “piyada” kimi istifadə etmək istəyə bilərdilər?
Azərbaycan hakimiyyəti Martin Rayanı 2023-cü il dekabrın 4-də casusluq ittihamı ilə həbs edib. Bakı şirkəti Merkorama MMC-nin baş direktoru Martin Rayan 2-ci DGSE-nin (Xarici Təhlükəsizlik Baş İdarəsi) fransız agenti tərəfindən manipulyasiya edilib və onu məxfi əməkdaşlığa cəlb edib və sonradan Bakıdan qovulub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məhkəmə orqanlarının onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini bildirib və Fransanın Bakıdakı səfirliyinə həbs barədə dərhal məlumat verildiyini deyib.
Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabrın əvvəlində həyata keçirdiyi tədbirlərlə Azərbaycanda Fransa xüsusi xidmət orqanlarının geniş agent şəbəkəsinin ifşa edib.
Qısa müddətdə onlarla fransalı kəşfiyyatçı müəyyən edilib ki, onların bəziləri bu və ya digər vaxtlarda Azərbaycanda fəaliyyət göstərib, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda gizli fəaliyyətini davam etdiriblər.
