Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla builki ilk görüşü Şəkidə baş tutdu –

Şəki şəhərində keçirilən "Açıq mikrofon" aksiyasına əsasən Bolludərə kəndinin kiçik sahibkarları təşrif buyurub.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, ənənəyə uyğun olaraq "Səyyar qəbul otağı"nı giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi məsləhət və tövsiyələrini sahibkarların diqqətinə çatdırıb.

Daha sonra mikrofon önünə sahibkarlar çıxıblar. Səslənən 8 müraciətdən 6-sı eyniyönümlü olub ki, bu da Bolludərə kəndinin kiçik sahibkarlarının mavi yanacaqla təmin olunma istəyini əhatə edib.

Görüşdə ünvanlanan bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.