Məzmuna keç

Ötən il qaz limitini keçən abonentlərin sayı açıqlandı

“2023-cü ilin yanvar-dekabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 199 375 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 47,1 %) istifadə edib”.

E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İstehalkçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.

O bildirib ki, hesabat dövründə 998 946 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 39,3 %) və 346 557 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 13,6 %) qazdan istifadə edib.

Şəbnəm Mehdizadə