Məzmuna keç

Dövlət Məşğulluq Agentliyi tenderinin nəticəsini elan etdi

Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsinin qurumun aparatı üçün nəqliyyat vasitələrinin (sedan tipli) satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Toyota Absheron Merkezi" MMC olub.

Məlumata görə, qalib şirkətə 589.050 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə