Məzmuna keç

Təhsilin İnkişafı Fondu 5.8 milyon manatlıq sifariş verdi

Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsinin Bakı şəhəri, Suraxanı rayonu 141 nömrəli 940 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və yararsız korpusun sökülərək yerində 720 şagird yerlik əlavə korpusun tikintisi işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Azinvest İnşaat"QSC olub.

Məlumata görə, qalib şirkətə 5.850.123,36 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə