"İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üçün narkotik, güclü təsiredici və psixotrop dərman vasitələrinin və tibbi sənəd formalarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi “Azərtibbtəchizat” MMC olub.
Məlumata görə, qalib şirkətə 2.005.235,83 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
