Məzmuna keç

Xızıda “Açıq mikrofon” aksiyası keçirildi –

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Xızı rayonunda baş tutub.

E-huquq.az xəbər verir ki, mikrofon önünə çıxan Şuraabad qəsəbəsinin 3 sakini fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Seyfəddin Milazov öncədən ödənişli (smart-kart) tipli qaz sayğacına ödəniş zamanı üzləşdiyi problemi dilə gətirib.

Giləzi qəsəbəsindən qatılan 1 nəfər isə küçə qaz xəttinin çəkilməsini xahiş edib. Görüşdə səsləndirilən hər bir problem və təklif qeydiyyata alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.