Məzmuna keç

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

E-huquq.az xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak edib.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.