Məzmuna keç

Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı yerin 5 kilometr dərinliyində olub.