Məzmuna keç

DİM sədri: “Qəbul imtahanlarının tarixləri yaxın günlərdə açıqlanacaq”

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

O bildirib ki, bunun üçün müxtəlif dövlət qurumları ilə müzakirələr aparılır, ölkədə keçirilən mühüm tədbirlər, hava şəraiti və digər məsələlər nəzərə alınır.