Məzmuna keç

MSK sədrinin müavini: “Veb-kameralar 119 seçki dairəsini əhatə edir”

“Veb-kameralara olan baxışların 30 faizi ölkə hüdudlarından kənarda olan şəxslərdir”.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, veb-kameralar 119 seçki dairəsini əhatə edir.

“Biz çalışırıq ki, bu kameralar bütün seçki prosesi haqda ətraflı təəssürat yaratsın. Biz bu prosesi izləyirik. Sosial şəbəkələrdə də bu barədə yazılanları oxuyub, diqqətdə saxlayırıq”.

Şəbnəm Mehdizadə