Ötən il "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin Araşdırılması şöbəsinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 12715 müraciət daxil olub.
E-huquq.az xəbər verir ki, bu barədə şöbə rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə 5461 müraciət "Opentext" proqramı vasitəsilə, 7254 müraciət isə elektron formada daxil olub.
İ.Kərbalayev bildirib ki, "Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlərin sayı 2022-ci illə müqayisədə 1027 müraciət az olub.
Şöbə rəisi əlavə edib ki, müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
Şəbnəm Mehdizadə
