Məzmuna keç

Gənclər günündə “Gənc İstedadlar Proqramı”nın qalib gəncləri ilə görüş baş tutdu –

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 2 fevral-Gənclər Günü münasibəti ilə 2024-cü il üzrə SOCAR tərəfindən “Gənc İstedadlar Proqramı” üzrə elan edilmiş müsabiqənin qalibləri ilə görüşüb, onları Gənclər Günü və proqramın qalibi olmaları münasibətilə təbrik edib, karyera yolunda uğurlar arzu edib.

E-huquq.az xəbər verir ki, sonda gənclərlə xatirə fotosu çəkilib.

Qeyd edək ki, SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinə nəzəri və praktiki biliklərinin inkişafı və karyera imkanlarının yaradılması məqsədi ilə 14 nəfər proqram iştirakçısı təhkim edilib. Onlardan 7 nəfəri insan resursları üzrə, 4 nəfəri qaz təsərrüfatı obyektlərinin qazlaşdırılmasının layihələndirməsi üzrə, 3 nəfəri isə təmir-tikinti sahəsi üzrə təcrübə prosesinə cəlb olunub.