Məzmuna keç

Goranboyda “Açıq mikrofon” aksiyası keçirildi –

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Goranboy rayonunun Borsunlu kəndində baş tutub.

E-huquq.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 5 müraciət ünvanlanıb.

Bəhruz Hümbətov küçə qaz xəttinin çəkilməsini, həmkəndlisi Mübariz Alıyev isə qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş edib.

Borsunlu kəndinin genişlənən ərazisinin qazlaşdırılmasını ilə bağlı müraciətlərlə yanaşı, operativ fəaliyyətə görə ölkə başçısına minnətdarlıqlar da qeydə alınıb.

Gəncə RQİİ-nin rəhbər şəxsləri hər bir müraciətin qeydiyyatını apararaq müvafiq tapşırıqlarını veriblər.