Türkiyənin Van şəhərində terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 10 şübhəli saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Van Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, terror təşkilatlarının ifşası və fəaliyyətlərinə son qoyulması istiqamətində ötən həftə keçirilən əməliyyatlarda 9-u PKK/KCK, 1-i FETÖ-çü olmaqla 10 terrorçu ələ keçirilib.
Şəbnəm Mehdizadə
