"Səsvermə kabinelərinə əlində bülleten olan seçicidən başqa heç kim yaxınlaşa bilməz".
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
"Ən həssas məsələlərdən biri məhz səsvermə kabinələridir. Fürsətdən istifadə edib KİV nümayəndələrindən xahiş edirəm ki, seçki prosesində elə mövqe seçsinlər ki, müşahidə prosesinə mane olmasınlar. Namizədlər, seçicilər, müşahidəçilər üçün rahat mühit yaratmaq lazımdır. Seçiciyə məntəqənin daxilində istəmədiyi addımı atmağa heç təkid edə bilməz. Vətəndaşın konstitusion hüququnu təmin etmək bizim borcumuzdur".
Şəbnəm Mehdizadə
