“İndiyə qədər 100-ə yaxın seçici bu məntəqədə səs verib”.
Bunu e-huquq.az-a açıqlamasında Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev söyləyib.
Sədr bildirib ki, seçicilərin səs verməsi üçün dairə seçki məntəqəsində hər bir şərait yaradılıb: “Hazırda vətəndaşlar növbə ilə yaxınlaşıb öz namizədlərinə səs verir. Aktivlik müşahidə olunur. İndiyə kimi məntəqədə neqativ hal aşkarlanmayıb. Xarici müşahidəçilər də seçki prosesini diqqətlə izləyir. Hər şey tam şəffaf şəkildədir”.
Şəbnəm Mehdizadə
