"Azərbaycanda ötən gün baş tutan növbədənkənar prezident seçkiləri ədalətli və şəffaf formada keçirildi".
Bunu e-huquq.az-a açıqlamasında Türkiyənin "Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondu"nun sədri Akkan Suver deyib.
"Biz dünən 42 məntəqədə olduq. Gördüklərimə əsasən, onu deyə bilərəm ki, dünənki seçki Avropa tələblərinə uyğun qaydada baş tutdu. Əsas məsələ odur ki, seçkilər ədalətli və şəffaf oldu. Azərbaycan Qarabağ zəfərindən sonra yeni demokratiya zəfərini qeyd edir. Azərbaycan xalqını təbrik edirəm", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
