Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 11 nəfər yaralanıb


  • 9 Fevral 14:39

Türkiyənin İzmir şəhərində yük maşınının mikroavtobusa çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmir-Aydın magistral yolunun Kuşçuburun ərazisində baş verib.

Belə ki, yük maşını qarşı zolağa keçərək fəhlələri daşıyan mikroavtobusa, daha sonra isə yolun kənarındakı evin divarına çırpılıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Xəstəxanalara çatdırılan 12 yaralıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı yük maşınının sürücüsü saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər