Türkiyə ordusu Suriyanın şimalında 4 terrorçunu zərərsizləşdirib


  • 12 Fevral 11:38

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalında qan tökməkdən, xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir. Türk Silahlı Qüvvələri tərəfindən "Fərat Qalxanı" bölgəsində hücuma hazırlaşan 4 PKK/YPG terrorçusu məhv edilib. Terrorla mübarizəmiz həm ölkə daxilində, həm də sərhəddən kənarda fasiləsiz olaraq davam edir”, - deyə nazirliyin məlumatında bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər