Türkiyənin İzmir şəhərində 39, Muğlada isə 32 qanunsuz miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"”ə istinadən xəbər verir ki, İzmirin Dikili sahillərində xilasedici sallarda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsi Komandanlığının gəmisi göndərilib.
Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan və 24-ü uşaq olmaqla 39 qeyri-qanuni miqrant xilas edilib.
Həmin ərazidə Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-12) tərəfindən müəyyən edilən rezin qayıqdakı 38 qanunsuz miqrant isə saxlanılıb.
Muğlanın Bodrum sahillərində Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 32 miqrant xilas edilərək sahilə çıxarılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
