Mikroavtobusun aşması nəticəsində bir ailənin 4 üzvü yaralanıb


  • 20 Fevral 10:09

Türkiyənin Sakarya şəhərində mikroavtobusun aşması nəticəsində bir ailənin 4 üzvü yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Sakaryanın Adapazarı rayonunda baş verib. Belə ki, mikroavtobus idarəetmədən çıxaraq baryerlərə çırpılıb, daha sonra aşıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu olduğu bildirilib.

Qəza baş verən yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər