Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB


  • 20 Fevral 11:35

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir", - o vurğulayıb.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.

E-huquq.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında iş aparılır: "Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

Oxşar xəbərlər