- 9 Oktyabr 20:30
Türkiyənin Ordu şəhərində həbsxanada yanğın baş verib.
E-huquq.az xəbər verir ki, Ordunun Ünye rayonundakı həbsxanada məhbuslardan biri yorğanı yandırıb.
Yanğın nəticəsində 22 məhbus və 7 nəzarətçi tüstüdən zərər çəkib.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub. Zərərçəkmiş şəxslər Ünye və Fatsa Dövlət Xəstəxanalarına aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılır.
Şəbnəm Mehdizadə