Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan qadın sürücü saxlanıldı


  • 20 Fevral 14:36

İdarə etdiyi "Land Rover Velar" markalı avtomobillə yol hərəkət qaydasını pozaraq sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı saxlanılıb.

Bu barədə e-huquq.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

O, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

Oxşar xəbərlər