Beynəlxalq Qış Hüquq Məktəbi təşkil edilib - FOTO


  • 20 Fevral 15:44

11-18 fevral tarixlərində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə Qəbələ şəhərində “Müqavilə hüququ” mövzusunda beynəlxalq qış məktəbi təşkil olunub.

E-huquq.az xəbər verir ki, iştirakçılar Azərbaycan daxil olmaqla bir çox Avropa ölkələrindən sseçilmişdirlər Qış məktəbi 1 həftə ərzində müqavilə hüququ mövzusunda peşəkar hüquqşünaslar tərəfindən keçilən təlimlər və milli proqramdan ibarət olub. Xarici və yerli iştirakçılar üçün milli proqram çərçivəsində Qəbələnin tarixi yerlərinə ziyarət, milli yeməklərin nümayiş etdirilməsi və həmin ərazinin mədəniyyəti ilə tanışlıq həyata keçirilib.

17 fevral tarixində Qəbələ ASAN Xidmət mərkəzində keçirilən qış məktəbinin bağlanış mərasimi olmuş, bağlanış mərasimində Gənclərin Karyera və İnkişaf Mərkəzinin sədri Azər Əliyev, “Gənclərin Maarifləndirilməsinə Dəstək” Ictimai Birliyinin sədri Aynurə Salmanlı, ELSA Azərbaycanın Prezidenti Nərminə Hüseynzadə və Qış Hüquq Məktəbinin təşkilat komitəsinin sədri Vəfa Mustayafayeva çıxış edib, layihə barədə öz təəssüratlarını bölüşmüş və iştirakçılara uğurlar arzulayıb.

Oxşar xəbərlər