Bahar Muradova məktəblilərin bullinqə məruz qalmasına münasibət bildirdi


  • 26 Fevral 10:38

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların bullinqə məruz qalmasına münasibət bildirib.

E-huquq.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparıldığını deyib.

"Təkcə Komitə yox, digər aidiyyəti orqanlarla da əlaqələndirilmiş fəaliyyət var. Biz əlaqələndirilmiş fəaliyyəti həyata keçiririk. Amma belə hallardan heç kəs sığortalanmayıb. Nə qədər iş görülsə də, yenə belə hallar baş verir. Amma bu o demək deyil ki, iş görülməyib. Nə qədər insanlıq, cəmiyyət var, cinayət də törədilir. Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq olar", - deyə B.Muradova qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər